Donald Trampın seçki qərargahı bu qərardan məmnun qaldı- ÖZƏL

ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahı Kamala Harrisin Minnesota ştatının qubernatoru Tim Valzı qarşıdan gələn seçkilərdə öz vitse-prezident namizədi kimi təyin etmək qərarını sevinclə qarşılayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat verib.

Nəşrin yazdığına görə, Trampın qərargahı Pensilvaniya ştatının qubernatoru Coş Şapironun namizədliyindən narahat idi. Əsasən ona görə ki, bu ştat "yellənən" ştat kimi tanınır. Lakin Valz haqqında xəbərlər yayıldıqdan sonra hər kəs sevinc içində olub.

"Karizma və orta mövqeli keçmişə sahib namizəd seçmək əvəzinə, Kamala HƏMAS fraksiyasına boyun əydi və karizmasız, tez-tez ifrat liberal tədbirləri dəstəkləyən və Çinlə yaxın əlaqələri olan bir şəxsi seçdi", - deyə "Daily Mail" Trampın qərargahındakı mənbənin sözlərini çatdırır.

Nəticədə, Valzın Kamala Harrisə qarşıdan gələn seçkilərdə təklif edəcəyi demək olar ki, heç nə yoxdur. Buna görə də, Trampın qərargahı onu faydasız hesab edir.

Xatırladaq ki, Kamala Harrisin bu qərarı barədə ilk dəfə Amerika nəşrləri məlumat yayıb. Onlar vurğulayıblar ki, onun seçkidə qələbə qazanacağı təqdirdə, Valz ABŞ-ın vitse-prezidenti postunu tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31