Ermənistan Azərbaycanla sərhəddə silah-sursat zərərsizləşdirəcək

Ermənistan Azərbaycanla sərhəddə Kirants və Berkaber kəndlərində silah-sursat zərərsizləşdirəcək.

Olaylar Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi (MN) yerli sakinlərə xəbərdarlıq edib.

Məlumatda qeyd olunub ki, silah-sursatın zərərsizləşdirilməsi yerli vaxtla saat 12:00 - 14:00 arasında həyata keçiriləcək.

Ermənistan (MN) ümumilikdə 10 partlayış işlərinin görüləcəyini bildirib və yaxın ərazilərin sakinlərini təşvişə düşməməyə çağırıb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31