ABŞ və müttəfiqləri İsrailə və İrana eskalasiyanın qəbuledilməz olduğunu deyir - ÖZƏL

ABŞ və onun müttəfiqləri birbaşa olaraq İsrail və İrana gərginliyin daha da artmasının yolverilməz olduğunu bildiriblər.

Olaylar.az   xəbər verir ki,  ABŞ-ın dövlət katibi Antoni Blinken ABŞ-Avstraliya danışıqlarından sonra bildirib.

"Heç kim bu münaqişəni qızışdırmamalıdır. Biz müttəfiqlər və tərəfdaşlarla intensiv diplomatiya ilə məşğul olmuşuq, bu mesajı birbaşa İrana çatdırmışıq. Biz bu mesajı birbaşa İsrailə çatdırmışıq", - o, deyib.
Bununla da o, ABŞ-ın İsrailin təhlükəsizliyini təmin etməyə hər zaman hazır olduğunu vurğulayıb. 

"Növbəti hücumlar yalnız heç kimin proqnozlaşdıra bilməyəcəyi və heç kimin tam nəzarət edə bilməyəcəyi təhlükəli nəticələrin riskini artırır" deyə xəbərdarlıq etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31