Niger Ukrayna ilə diplomatik əlaqələri kəsir — ÖZƏL
7 Avqust 2024 11:44 DünyaNiger hökuməti Ukrayna ilə diplomatik əlaqələri kəsdiyini bildirib.
Olaylar.az xəbər verir ki, Niger hərbi hökumətinin sözçüsü Amadou Abdramanenin sözlərinə görə, Niamey BMT Təhlükəsizlik Şurasına Ukraynanın təcavüzü ilə bağlı qərar çıxarmağa çağırıb.
Bundan əvvəl Mali rəhbərliyi Kiyevin Tuareg üsyançılarını dəstəklədiyini iddia etdikdən sonra Ukrayna ilə münasibətləri kəsmək qərarına gəlib. İyulun sonlarında üsyançılar Mali silahlı qüvvələrinin və onların Vaqner şəxsi hərbi qrupundan olan müttəfiqlərinin karvanına hücum edərək, xeyli itki veriblər.
Diplomatik qalmaqala Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusovun hücumda Ukraynanın tuareqlərə yardım etdiyini bildirməsi səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31