Banqladeşin keçmiş baş naziri bir neçə ölkədən sığınacaq tələb edir — ÖZƏL

Olaylar.az   xəbər verir ki, Banqladeşin keçmiş baş naziri Şeyx Hasina istefa verib ölkəsindən qaçdıqdan sonra Belarus, bəzi Yaxın Şərq ölkələri və Finlandiyanı sığınacaq istəməyi nəzərdən keçirir.

Məlumata görə, Böyük Britaniya hökuməti Banqladeşin keçmiş baş nazirinin ölkəsindəki kütləvi etirazlarla bağlı gələcək təhqiqatdan qanuni müdafiə ala bilməyəcəyinə işarə etdiyi üçün Şeyx Hasina artıq Londondan sığınacaq istəməyi planlaşdırmır.
Mənbələrin bildirdiyinə görə, Şeyx Hasina Belarus, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Finlandiya da daxil olmaqla bir neçə başqa variantı nəzərdən keçirir. Banqladeşin keçmiş baş naziri çətin ki, yaxın bir neçə gündə qaldığı Hindistanı tərk etsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31