Bu üç ölkə Qəzza zolağına sülhməramlı göndərməkdən imtina edib
7 Avqust 2024 11:18 Dünyaİordaniya, Qətər və Səudiyyə Ərəbistanı hökumətləri ABŞ-nin Qəzza zolağına sülhməramlı göndərmək təklifindən imtina ediblər.
Olaylar xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Məlumata görə, İordaniya, Qətər və Səudiyyə Ərəbistanı bu sülhməramlı missiyanın İsrailin fələstinlilərdən müdafiəsi kimi görünəcəyi üçün təklifdən imtina ediblər.
Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə missiyada iştirak etmək istədiklərini bildiriblər, lakin bir sıra şərtlər irəli sürüblər. Bunların arasında "iki xalq üçün iki dövlət konsepsiyası"na əməl olunması da yer alıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31