2 uşaq anası estetik əməliyyat zamanı öldü - FOTO
7 Avqust 2024 11:04 Dünya2 uşaq anası estetik əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib.
Olaylar Türkiyə mətbuatına istinadla bildirir ki, estetik əməliyyat etdirmək məqsədi ilə İspaniyadan İstanbula gedən 42 yaşlı Perla Virginia Baez Garay əməliyyatdan 1 saat sonra həyatını itirib.
Əməliyyat zamanı halı pisləşən qadının həyatını xilas etmək mümkün olmayıb. Onun ölümü ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisə İstanbulun Şişli səmtində yerləşən özəl klinikaların birində baş verib. (Milli.Az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31