Rusiya Türkiyə ilə sərhəddə hərbi baza yaratdı
7 Avqust 2024 10:27 DünyaRusiya və Suriya Türkiyə ilə sərhəddə hərbi baza yaradıb.
Olaylar bildirir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.
Bildirilib ki, hərbi baza PKK terror qruplaşmasının "Kobani" olaraq adlandırdığı Ayn Əl-Ərəb bölgəsində yerləşir.
Hərbi bazada Rusiya ilə yanaşı, Suriya rejiminin hərbçiləri də xidmət edəcək.
Mütəxəssislər atılan addımı Türkiyə üçün uyğun hesab edirlər. Bu, Suriya ilə normallaşma prosesinin tərkib hissəsi kimi qiymətləndirilir. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31