Baltik hava məkanında naməlum təyyarələr göründü
6 Avqust 2024 22:48 Dünyaİtaliya Baltik hava məkanında naməlum təyyarələrin qarşısını almaq üçün "Tayfun" qırıcılarını havaya qaldırıb.
Olaylar xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, İtaliya döyüş təyyarələri NATO-nun Almaniyadakı müşahidə mərkəzindən əmr aldıqdan sonra Litvanın şimalındakı Şaulyai bazasından havaya qalxıb. Lakin nazirlik hansı təyyarələrin havada göründüyü ilə bağlı hər hansı məlumat verməyib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31