İran ordusu böyük texnika almağa hazırlaşır
6 Avqust 2024 22:02 Dünyaİran ordusu yeni texnika alacaq.
Olaylar xəbər verir ki, bu sözləri İran Hava Hücumundan Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı Əlirza İlhami deyib.
O əlavə edib ki, yerüstü avadanlıqların və uzaqmənzilli müasir raket sistemlərinin istehsalı gündəmdədir:
"İran ordusunun hava hücumundan müdafiə bölməsi özünü yeniləyir və müxtəlif sahələrdə, o cümlədən pilotsuz təyyarələr, radarlar və məlumat toplama sistemləri üzrə imkanlarını artırır. Böyük həcmdə texnika HHM qüvvələrinə təhvil verilməyə hazırdır və ola bilsin ki, HHM həftəsində yeni texnikanın əlavə edilməsi mərasimi keçiriləcək". (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31