Türkiyədə “Dəmir Qübbə" HHM sistemi yaradılacaq
6 Avqust 2024 21:52 DünyaTürkiyədə süni intellekt vasitəsilə "Dəmir Qübbə" hava hücumundan müdafiə (HHM) sistemi yaradılacaq.
Olaylar xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən müdafiə sənayesi icraiyyə komitəsinin iclasında bildirilib.
Qeyd olunub ki, "Dəmir Qübbə" layihəsi HHM sistemlərinin vahid şəbəkəyə inteqrasiyasını və real vaxt rejimində qərarların qəbulu üçün onun vasitəsilə məlumatların ötürülməsini nəzərdə tutur. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31