Britaniyada 28 aksiya iştirakçısı məhkəmə qarşısına çıxacaq

Britaniyanın Midlsbro bölgəsindəki iğtişaşlarda iştirak edən 28 nəfər bu gün məhkəmə qarşısına çıxacaq.

Olaylar xəbər verir ki, onlar "Teesside Magistrates" məhkəməsində zorakılıq və digər cinayətlərdə ittiham olunacaqlar.

Britaniyanın müxtəlif şəhərlərində də aksiya iştirakçılarına qarşı məhkəmə prosesləri başlayıb.

Qeyd edək ki, Böyük Britaniyanın müxtəlif şəhərlərində radikal sağçılar tərəfindən bir neçə gündür şiddətli etiraz aksiyaları keçirilir. Avqustun 5-də Plimut, Belfast və Darlinqton şəhərlərində polis və nümayişçilər arasında toqquşmalar baş verib. İğtişaşlar başlayandan bəri təxminən 400-ə yaxın şəxs saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31