Olimpiadaya gələn nazir müavini Parisdə qarət edildi
6 Avqust 2024 18:06 DünyaParisdə naməlum şəxslər Cənubi Sudanın idman və gənclər siyasəti nazirinin müavinini qarət edib.
Olaylar.az axar.az-a istinadən bildirir ki, nazir müavininin çantası oteldə oğurlanıb. Çantada 35 min dollar, qızıl-zinət əşyaları, sənədlər, Olimpiya Oyunlarının keçirildiyi obyektlərə daxil olmaq üçün vəsiqələr olub.
Polis çantanı Paris yaxınlığındakı Massi kommunasında tapıb, lakin içərisində nə pul, nə də zinət əşyası olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31