İran Netanyahunu öldürməlidir - Nahapetyan
6 Avqust 2024 18:02 Dünyaİndi Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İran asimmetrik hərəkətlərdən çəkinməli və müharibənin qarşısını almalıdır.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.
"Tehranın atdığı addımlar simmetrik olmalıdır, yəni İran İsrailin yüksək rütbəli məmurlarının - Netanyahu və ya ordu rəhbərinin qətlini təşkil etməlidir. Tehranın hərəkətləri müharibəyə səbəb olarsa, bu böyük müharibədə hamı iştirak edəcək: Türkiyə, Rusiya və ABŞ. İranı müharibəyə cəlb etmək ABŞ-a deyil, Böyük Britaniya və İsrailə lazımdır. İngilislər isə bütün bunları öz adalarından sakitcə izləyəcəklər", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31