Banqladeşdə deputatların evləri yandırıldı - Ölənlər var
6 Avqust 2024 18:00 DünyaBanqladeşdəki iğtişaşların iştirakçıları son bir gündə iki parlament deputatı və keçmiş Baş nazir Şeyx Hasinanın partiyasının 100-dən çox siyasətçi və fəalının evlərini yandırıb və ya dağıdıblar.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, yandırılmış evlərin yerində 6 nəfərin cəsədi aşkarlanıb.
Xatırladaq ki, avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina etirazlar fonunda istefa verib. O, ölkəni tərk edərək Hindistana qaçıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31