İsrailə hücum: BMT əməkdaşları işdən qovuldu

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin 19 əməkdaşının 2023-cü ilin oktyabrında İsrailə qarşı hücumda əli ola biləcəyi ilə bağlı iddiaların ardınca BMT araşdırmaya başlayıb.

Olaylar xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Məlumata görə, araşdırma onların doqquzunun həqiqətən də HƏMAS hücumunda əli ola biləcəyini müəyyən edib.

BMT-nin nümayəndəsi Farhan Haq bildirib ki, həmin şəxslər işdən çıxarılacaq:

"Qərara gəldim ki, bu doqquz əməkdaş Agentlikdə işləyə bilməz. Onların müqavilələrinə agentliyin maraqları naminə xitam veriləcək". (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31