Haniyənin öldürülməsi Netanyahu dövründə Qəzzada atəşkəsin olmayacağını göstərir - ÖZƏL
6 Avqust 2024 12:05 DünyaFələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin İranda öldürülməsi İsrailin baş naziri Binyamin Netanyahu hakimiyyətdə olduğu müddətcə Qəzza zolağında atəşkəsin olmayacağını açıq şəkildə mesaj verir.
Olaylar.az xəbər verir ki, bunu amerikalı jurnalist Seymur Herş deyib.
"İsrailin Tehranda İsmayıl Haniyəni öldürməsi Netanyahu hakimiyyətdə olduğu müddətcə Qəzzada atəşkəsin olmayacağının açıq bir mesajı idi" - deyə o hesab edir.
Herş qeyd edir ki, Netanyahu "Bayden Ağ Evinin təzyiqinə, daha doğrusu, yalvarmasına baxmayaraq, orada atəşkəsə müqavimət göstərən şəxs olub".
Herş vurğulayır ki, Yaxın Şərq böhranının səbəblərindən biri "Prezident Co Baydenin uğursuz xarici siyasəti" və daha doğrusu, "Fələstinlilərə nifrəti Yaxın Şərqə gətirib çıxaran İsrailin Baş naziri Benyamin Netanyahunun ehtiyatsızlığını və azğınlığını başa düşə bilməməsidir. Şərq və Amerika müharibənin astanasındadır.