Buludların qəribə forması müzakirə yaratdı

Sosial şəbəkələrdə yayılan foto maraq doğurub.

Olaylar bildirir ki, Londonda çəkilən kadrlarda buludların yaratdığı mənzərə ABŞ-nin keçmiş prezidenti Donald Trampa bənzədilib.

Fotonu sosial şəbəkədə Anna Bethel adlı şəxs paylaşaraq: "Onun çənə xəttinə baxın", - qeydini yazıb.

Qeyd edək ki, Dondald Tramp 2017-ci ildən 2021-ci ilədək ABŞ-yə prezidentlik edib. ABŞ-nin 45-ci prezidenti olan Tramp yenidən namizədliyini irəli sürüb. (Milli.Az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31