İsrail qırıcıları Qəzzanın bu ərazilərinə hücum etdi

İsrail ordusunun qırıcıları Qəzza zolağında və İordan çayının qərb sahilində beş qəsəbəyə hücum edib.

Olaylar xəbər verir ki, bu barədə "Yerusəlim Post" qəzeti məlumat yayıb.

Məlumata görə, Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələh vurulub:

"Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Ramallah şəhəri yaxınlığındakı Karavat Bəni Zeyd və Kəfr Ayn yaşayış məntəqələri, Bakat əl-Xətab kəndi və Nablusun qərbindəki Azun qəsəbəsində əməliyyatlar keçirib". (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31