Kiyev bu il ABŞ-dən 7,8 milyard alacaq
6 Avqust 2024 10:58 DünyaBu il Ukrayna ABŞ-dən 7,8 milyard dollar birbaşa büdcə yardımı alacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dən 3,9 milyard dollar geri qaytarılmayan qrant alıb.
"Bu vəsait müəllimlərin, həkimlərin, xilasedicilərin maaşları və sosial müavinətlər kimi prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə kömək edəcək", - o deyib. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31