Ərdoğan İnstaqramın bağlanmasından danışdı
5 Avqust 2024 16:33 DünyaTürkiyə rəqəmsal faşizmlə qarşı-qarşıyadır.
Olaylar xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) baş qərargahında çıxışı zamanı deyib.
O bildirib ki, HƏMAS lideri İsmayıl Haniyənin sosial şəbəkə platformalarında fotolarının yayılmasının, onun haqqında yazılan yazıların dərc edilməsinin məhdudlaşdırılması düzgün deyil: "Bu, azadlıq deyil, demokratiya deyil".
Xatırladaq ki, avqustun 2-də Türkiyədə İnstaqrama giriş bağlanıb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31