İsrail Qəzzaya zərbə endirdi: Nazir öldü

Avqustun 4-də israil Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların endirdiyi zərbə nəticəsində Qəzza zolağının iqtisadiyyat naziri Abdel əz-Zariya ölüb.

Olaylar xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, Zariya Qəzzada bazarlara humanitar malların idxalına HƏMAS-ın nəzarətinin təşkilində mühüm rol oynayıb. Bundan əlavə, o, döyüş əməliyyatları üçün yanacaq, qaz və təchizatın paylanmasına cavabdeh idi. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31