Soçidə ilk dəfə ön Asiya leopardı balası peyvənd olundu- ÖZƏL

Soçidəki Qafqaz Leopardının Bərpa Mərkəzində ilk dəfə olaraq ön Asiya leopardı balası peyvənd edilib. 

Olaylar.az xəbər verir ki, mərkəzin ən gənc sakini olan bu bala, apreldə Olimpiya və Simbad cütlüyündən dünyaya gəlib.

Baytar həkim Mixail Alşineçki bildirib ki, balanı müayinə edib və infeksion xəstəliklərə qarşı peyvənd ediblər. Bu, ilk peyvənd idi və üç həftə sonra təkrar peyvənd olunacaq. Bundan sonra, peyvəndlər heyvan təbiətə buraxılana qədər hər il keçiriləcək. Həkim, heyvanların sağlamlığının əhəmiyyətini vurğulayıb və peyvəndin balanı infeksion risklərdən qoruyacağını qeyd edib.

Leopard hələ çox gənc olsa da, onun artıq kəskin pəncələri və dişləri var, bu da prosedur zamanı onu tutmaq və sabitləşdirmək üçün xüsusi ehtiyat tələb edib.

Hazırda bala üç aylıqdır və çəkisi doqquz kiloqramdır. Mütəxəssislər bildiriblər ki, bu bala təbiətin əsl möcüzəsidir, çünki onun doğulma tarixi unikal hesab olunur. Balacanın anası Olimpiya, vəhşi təbiətdə zədələndiyi üçün üç ayaqlıdır. Təbii şəraitdə o, nəinki doğa bilməzdi, həm də çox güman ki, sağ qalmazdı.

Xatırladaq ki, üç ayaqlı dişi leopard Olimpiyachr("39")nın hamilə olması 2024-cü ilin yanvar ayında məlum olub. Mərkəzin əməkdaşları cütlüyün münasibətlərini mütəmadi izləyib və hamiləlik testinin nəticəsi müsbət olduqda, bu sevincli xəbəri ictimaiyyətlə paylaşıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31