Maduro oktyabr-noyabr aylarında Belarusa səfər edəcək — ÖZƏL

Olaylar.az   xəbər verir ki, Belarusun baş naziri Roman Qolovçenko bildirib ki, Venesuela prezidenti Nikolas Maduronun bu ilin oktyabr və ya noyabrında Belarusa səfəri gözlənilir.

"Prezident Maduro Belarusa səfər edəcəyinə söz verib. Biz onu oktyabr-noyabr aylarında gözləyirik, əgər iki prezidentin iş qrafiki imkan verirsə", - o, deyib.
O, həmçinin bildirib ki, Nikaraqua prezidenti Daniel Orteqanın da Belarusa səfəri gözlənilir. 

"Bizim Nikaraqua ilə çox yaxşı münasibətlərimiz var. Prezident Daniel Orteqanı qarşılamağı səbirsizliklə gözləyirik", - o deyib.
Belarus prezidenti Aleksandr Lukaşenko Maduronu yenidən Venesuela prezidenti seçilməsi münasibətilə təbrik edərkən bildirib ki, onu cari illərin sonuna qədər şəxsən görməyə ümid edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31