İran HƏMAS liderinin öldürülməsinə cavabını yumşaltmaqdan imtina edir - ÖZƏL

Olaylar.az   xəbər verir ki, İran HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə reaksiya verməkdən imtina edib və İsrailə cavab verəcək.

Mənbələrin bildirdiyinə görə,  ABŞ və ərəb ölkələri İranın mövqeyini yumşaltmaq üçün danışmağa çalışsalar da, İran liderləri onların hərəkətləri müharibəyə səbəb olsa belə, cavab verməkdə qərarlıdırlar.
Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik müşavirinin müavini Con Finer CBS telekanalına bildirib ki, Birləşmiş Ştatlar İsrail üçün risklərin yüksək olduğunu düşünür və "yenidən hücuma məruz qalacağı təqdirdə" İsrailə özünü müdafiə etməyə kömək etməyə hazırdır.
Tehranda HƏMAS lideri İsmayıl Haniyə və Beyrutda Hizbullah silahlı qanadının komandiri Fuad Şükrün öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə gərginləşib. HƏMAS və Hizbullah məsuliyyəti İsrailin üzərinə qoyub və cavab tədbirləri ilə bağlı xəbərdarlıq ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31