İsrailə iki tərəfdən hücum olacaq: bir günə bitməyəcək
5 Avqust 2024 11:00 Dünyaİsrail İran və Hizbullahın mümkün hücumunun bir gündən çox davam edə biləcəyinə hazırlaşır.
Olaylar xəbər verir ki, bu barədə İsrailin adı açıqlanmayan rəsmisi "NBC Nyus"a açıqlamasında deyib.
Onun sözlərinə görə, HƏMAS-ın siyasi lideri və Hizbullah komandirinin öldürülməsinə cavab olaraq, bir neçə gün ərzində ölkəyə raket və pilotsuz təyyarələr buraxıla bilər.
"Hizbullah İsrailə şimaldan hücum edə bilər, İran isə şərqdən uzaqmənzilli raketlər atacaq. Onlar bizi yormağa çalışacaqlar", - mənbə əlavə edib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31