Bu ölkə Ukrayna ilə diplomatik əlaqələrini kəsdi
5 Avqust 2024 10:51 DünyaMalinin keçid hökuməti Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.
Olaylar xəbər verir ki, bu barədə Mali hakimiyyətinin "aBamaco" portalında yayımlanan bəyanatında bildirilib.Qərar Ukraynanın iyulun sonunda Mali hökumət qoşunlarının və onların tərəfində döyüşən "Vaqner" silahlılarının kolonuna hücum edən Tuareq qəbiləsindən olan üsyançılara dəstəyin verilməsi ilə əlaqədar qəbul edilib. Mali hakimiyyəti hesab edir ki, Ukraynanın hərəkətləri ölkənin suverenliyini pozur və beynəlxalq terrorizmi dəstəkləyir. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31