Türkiyədən vətəndaşlarına: Bu ölkəni tərk edin!

Türkiyə Xarici İşlər Nazirliyi Yaxın Şərqdə baş verən son hadisələr və artan təhlükəsizlik böhranı ilə əlaqədar olaraq Livandakı Türkiyə vətəndaşlarını ən qısa zamanda bu ölkəni tərk etməyə çağırıb.

Olaylar xəbər verir ki, bu barədə məlumat nazirliyin X sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunub.

"Vətəndaşlarımıza Livana səyahət etməkdən çəkinmələri, diqqətli olmaları və Nabatiyah, Cənubi Livan, Bekaa və Baalbek-Germel əyalətlərinə getməmələri tövsiyə olunur. Livanda qalması vacib olmayanları isə kommersiya uçuşları həyata keçirilərkən ölkəni tərk etməyə çağırırıq", - məlumatda vurğulanıb. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31