Maduro ABŞ və Maskı Venesuelada çevriliş cəhdlərinə rəhbərlik etməkdə günahlandırır

Venesuelada uğursuz dövlət çevrilişi cəhdinin arxasında ABŞ və amerikalı sahibkar Elon Mask dayanır.

Olaylar.az xəbər verir ki, bunu Bolivar respublikasının prezidenti Nikolas Maduro mətbuat konfransında deyib.

"Bu, ABŞ və Elon Mask, Milei və digər sağçı faşistlər tərəfindən təşkil edilmiş çevrilişdir" - Maduro deyib.

"Onlar "Quaido" filminin davamını çəkməyə çalışırlar", - Venesuela lideri ABŞ-ın rəhbərlik etdiyi bir qrup ölkələrin özünü Venesuela prezidenti elan etmiş Xuan Quaydonun səlahiyyətlərini tanıdığı 2019-cu ildə baş verən hadisələrə toxunaraq deyib.

Venesuelalıları başqa bir çevrilişə sürüklənməsinə imkan verməməyə çağıran Maduro, "Onlar seçki kampaniyasından yeni qüvvə yaratmaq üçün istifadə etdilər" dedi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31