Türkiyədə yanğınsöndürən helikopter gölə düşdü
2 Avqust 2024 20:30 DünyaTürkiyənin Adana vilayətində meşə yanğınları ilə mübarizə aparan helikopter gölə düşüb.
Olaylar.az qafqazinfo.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə "TRT haber" məlumat yayıb.
Rayon başçısı Yavuz Köşgər qeyd edib ki, təyyarənin düşməsi nəticəsində xəsarət alan olmayıb.
"Helikopter meşə yanğınlarını söndürmək üçün su götürərkən Qızlarsekisi rayonunda gölə düşüb. Beş ekipaj üzvünü xilas etmək mümkün olsa da, helikopter batıb", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31