Taliban komandanı: “HƏMAS liderini İran hökuməti qətlə yetirib”
2 Avqust 2024 19:31 DünyaTalibanın yüksək rütbəli komandirlərindən biri Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə İran hökumətinin, xüsusilə də Xameneyinin məsuliyyət daşıdığını deyib.
Bununla bağlı, "Ava Today News" "X" hesabında video paylaşıb.
Taliban komandiri videoda bildirib: "İlk olaraq HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə bütün müsəlman xalqına başsağlığı verirəm. Biz daha öncə də demişdik ki, İran və İsrail hökumətləri düzgün düşüncəyə və məntiqə sahib deyillər. Lənətə gəlmiş Xameneyinin və onun zalım hökumətinin bir məqsədi var. Müsəlmanlar indiki əsrdə ağılsız olmamlıdırlar. İranın, Xameneyinin və onların davamçılarının İslam və müsəlmanlarla heç bir əlaqəsi yoxdur. İran şeytanların oyunlarını, İsrailin planlarını həyata keçirir".