Məşhur erməni aktyorun oğlu ABŞ-də başından güllələndi
2 Avqust 2024 16:38 DünyaErməni əsilli SSRİ xalq artisti Armen Cigərxanyanın oğlu Stepan Cigərxanyan Las-Veqasın mərkəzində güllələnib.
Olaylar bildirir ki, bu barədə Stepan Cigərxanyan özü məlumat verib.
Onun sözlərinə görə, evə qayıdırkən təsadüfən yerli bandalar arasında atışmanın ortasına düşüb. Banda üzvlərindən biri maşından ona tərəf atəş açıb. Birinci güllə yan keçsə də, ikinci güllə başına dəyib.
Cigərxanyan həkimlərin nəzarəti altında olduğunu deyib. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31