Haniyə dəfn olunur
2 Avqust 2024 16:33 Dünyaİki gün əvvəl Tehranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyə dəfn olunur.
Olaylar xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Bildirilir ki, mərhum avqustun 1-i dəfn olunmaq üçün Tehrandan Qətərin paytaxtı Dohaya gətirilib və məsciddə onunla vida mərasimi keçirilib. Mərasimdə HƏMAS-ın yeni lideri olacağı ehtimal edilən Xalid Maşal, Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani və digər rəsmi şəxslər də iştirak ediblər.
HƏMAS Siyasi Bürosunun rəhbəri Dohanın şimalındakı Lusail şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.
Qeyd edək ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31