Türkiyənin İsraildəki səfirinin müavini XİN-ə çağırıldı

Türkiyənin İsraildəki səfirinin müavini Xarici İşlər Nazirliyinə çağırılıb.

Olaylar xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumata görə, buna səbəb Türkiyənin İsraildəki səfirliyinin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə əlaqədar olaraq ölkə bayrağını yarıya endirməsi olub.

Həmçinin qeyd edək ki, İsmayıl Haniyənin ölümü ilə əlaqədar olaraq avqustun 2-də Türkiyədə bir günlük matəm elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31