Demokratların seçki kampaniyası iyulda 310 milyon dollar topladı- ÖZƏL
2 Avqust 2024 16:16 Dünyaİyul ayında Demokratların seçki kampaniyası 310 milyon dollar vəsait toplayıb.
Olaylar.az xəbər verir ki, "Politico"nun yazdığına görə, bu məbləğ keçmiş prezident Donald Trump tərəfindən toplanan 137 milyon dolları iki dəfədən çox üstələyib. Qeyd edək ki, Trump keçən ay sui-qəsdə məruz qalıb və Respublikaçıların milli konvensiyasına rəhbərlik edib.
Kampaniya müddətində Demokratlar bir milyard dollardan çox vəsait toplayaraq tarixin ən sürətli nəticəsini göstəriblər. Möhtəşəm nəticələr son aylarda Bayden dövründə maliyyə üstünlüyü çökmüş Demokratların maliyyə vəziyyətini dəyişib.
Baydenin uğursuz iyun debatlarından sonra prezidentin istefasını tələb edən ardıcıl çağırışlar vəsait yığımı prosesini dayandırmışdı. Demokratların sponsorları məyusluqlarını ifadə etmiş, kiçik ianələr isə azalmağa başlamışdı.
Lakin Baydenin prezidentlik yarışından çıxması və Kamala Harris-in namizədliyinin irəli sürülməsi yenidən maliyyə axınını təmin etdi. Demokratların əsas sponsorları 150 milyon dollar vəsait ayırdı.