Putin Belarus Prezidenti Lukaşenkoya qatqısı üçün təşəkkür etdi- ÖZƏL
2 Avqust 2024 15:11 DünyaRusiya Prezidenti Vladimir Putin şəxsi olaraq Belarus Prezidenti Aleksandr Lukaşenkoya RF ilə Qərb arasında məhbus mübadiləsində göstərdiyi kömək üçün təşəkkür edib.
Olaylar.az xəbər verir ki, bu barədə Kreml başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, Putin Lukaşenkoya rəsmi təşəkkürünü telefon vasitəsilə çatdırmağı qərara alıb. O, qonşu ölkənin rəhbəri ilə şəxsi təşəbbüsü ilə telefonla danışıb.
"Putin Lukaşenkoya zəng edərək mübadilə təşkilindəki kömək və əməkdaşlıq üçün şəxsən təşəkkür etdi," - deyə Peskov bildirib.
Eyni zamanda, Rusiya Prezidentinin mətbuat katibi artıq qeyd edib ki, Kremlin Minskin məhbus mübadiləsindəki fəaliyyətlərini yüksək qiymətləndirdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31