Lukaşenko: Baydenin məhbus mübadiləsində rolu olmayıb

"Co Baydenin Rusiya ilə Qərb arasında məhbus mübadiləsində rolu olmayıb".

Olaylar  bildirir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O, ABŞ prezidentini bununla sadəcə özünə nüfuz qazanmağa çalışmaqda ittiham edib.

Belarus lideri deyib ki, mübadilə prosesi birmənalı olaraq ölkəsinin vasitəçiliyi ilə xüsusi xidmət orqanları tərəfindən diplomatların belə iştirakı olmadan təşkil edilib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31