Rusiya səfirliyi ABŞ həbsxanalarında qalan rusları azad etmək üçün çalışır - ÖZƏL
2 Avqust 2024 13:39 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfirliyinin bəyanatında deyilir ki, Rusiya diplomatları ABŞ-da həbsdə qalan onlarla rusiyalının azad edilməsi üçün əllərindən gələni edəcəklər.
"Onlarla rusiyalı hələ də ABŞ-da dəmir barmaqlıqlar arxasında qalır, öz vətənlərinə ümidlə baxır və azadlığa buraxılmasını gözləyirlər.
Yerli ədalətin çarxına düşən vətəndaşlarımızın azadlığa buraxılması və ya vəziyyətinin yaxşılaşdırılması üçün maksimum səy göstərəcəyik" - bildirilib.
Səfirlik əlavə edib ki, "ABŞ xüsusi xidmət orqanlarının dünya miqyasında axtarışı nəticəsində ABŞ həbsxanalarında yaşayan soydaşlarımızın rifahını" ən mühüm vəzifəsi hesab edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31