Kamala Harris yanlışlıqla özünü ABŞ Prezidenti adlandırdı- ÖZƏL

ABŞ-nin vitse-prezidenti Kamala Harris Demokrat Partiyasının nümayəndəsi Şeila Cekson Li üçün keçirilən anım mərasimində qəribə bir səhv edib. 

Olaylar.az xəbər verir ki, "Fox News"un verdiyi məlumata görə, Harris öz titulunu qarışdıraraq özünü ABŞ Prezidenti adlandırıb.

"Şeila Cekson Li - 19 iyunu federal bayram edən qanun layihəsinin müəllifidir. Mən Birləşmiş Ştatlar senatori olaraq bu qanun layihəsinin həmmüəllifi olmaqdan qürur duydum. Sonra prezident kimi - yəni vitse-prezident kimi...",-deyə Harris tez özünü düzəldib.

O, daha sonra nitqinə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31