Çin ordusunun aparıcı dron istehsalçısından yeni robot quş- ÖZƏL
2 Avqust 2024 12:22 DünyaÇin ordusunun aparıcı dron istehsalçısı, uzaq perspektivli tətbiqlərə malik ola bilən yeni bir robot quş hazırlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Pakturk News" yazır. Nəşrin yazdığına görə, bu kiçik pilotsuz uçan aparat "Balaca şahin" adlanır.
Bu inkişaf ən manevrli və hərəkətli quşəbənzər dron kimi xarakterizə edilir. Nəşrin fikrincə, bu dron gələcək illərdə bu sahədə tədqiqatların lideri olacaq. Bu cür pilotsuz uçan aparatlar ornitopterlər adlanır, çünki onların görünüşü demək olar ki, əsl quşlardan fərqlənmir.
"Balaca şahin"in tətbiq sahəsinin çox geniş olduğu qeyd olunur. Yaxınlarda keçirilən sınaqlarda dron üstün nəticələr göstərib.
Bu arada, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin dronlarının siqnallarını ələ keçirir, marşrutlarını izləyir və operatorlarına zərbə endirir.