Rusiyada binada partlayışda ölənlərin sayı 4-ə çatdı

Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış zamanı ölənlərin sayı 4 nəfərə çatıb.

Olaylar bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyindən bildirilib ki, ölənlərdən ikisi uşaqdır.

İndiyədək aralarında 7 uşaq olmaqla, 15 nəfər dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, axtarış-xilaetmə işlərinə ümumilikdə 550 nəfər mütəxəssis cəlb olunub. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31