Bayden hara yoxa çıxıb, sağdır? - İlon Maskdan müəmmalı paylaşım

Amerikalı iş adamı və milyarder İlon Mask sosial şəbəkələrdə ABŞ prezidenti Co Baydenin harada olduğu ilə bağlı suallara diqqət çəkib.

Olaylar xəbər verir ki, "X" sosial şəbəkə istifadəçisi paylaşımında ABŞ prezidentinin hara yoxa çıxdığını və onun sağ olub-olmadığını soruşub. "Bayden sağdırmı? Demək istəyirəm ki, onun yarışdan kənarda olduğunu bilirəm... amma o, hələ də prezidentdir. O haradadır?" - istifadəçi yazıb.

Mask bu postu çiyinlərini çəkən insan emojisi ilə cavablayıb.

Sosial şəbəkələrdə də isə sui-qəsd nəzəriyyəsi ortaya çıxıb. İddia olunur ki, Bayden prezidentlik yarışını tərk etdikdən sonra dublyorla əvəz oluna bilər. (publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31