Türkiyənin 21 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib, 55 şübhəli saxlanılıb
1 Avqust 2024 14:02 DünyaTürkiyənin 21 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
Olaylar xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Məlumata görə, 4 gün davam edən "Kıskac-24" əməliyyatı nəticəsində 55 şübhəli saxlanılıb.
Nazir bildirib ki, əməliyyatlar Adana, Ankara, Balıkesir, Bursa, Çorum, Ədirnə, Elazığ, Qaziantep, Isparta, İstanbul, İzmir, Karabük, Kütahya, Ordu, Manisa, Mersin, Rize, Samsun, Siirt, Tekirdağ və Yalovada keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31