İranlı general hərbi müşavirin Beyrutda öldüyünü təsdiqləyib

İslam İnqilabi Keşikçiləri Korpusunun (İİKK) komandanı general-leytenant Hüseyn Salami İsrailin Beyruta 30 iyul hava hücumu zamanı iranlı hərbi müşavir Milad Beydinin həlak olduğu xəbərini təsdiqləyib.

Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, İİKK komandanı hərbi müşavirin ailəsinə başsağlığı verib.

Xatırladaq ki, İsrail iyulun 30-da Beyruta zərbə endirdiyi barədə məlumat yayıb və sonra dəqiq əməliyyat nəticəsində "Hizbullah"ın lideri Həsən Nəsrullanın "sağ əli" sayılan Fuad Şükürün məhv edildiyini təsdiqləyib.

Bu gün "SNN" telekanalı xəbər verib ki, Şükürlə birlikdə həlak olanlar arasında iranlı hərbi müşavir Milad Beyd də olub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31