Rusiyada yaşayış binasında partlayış - yaralılar var

Rusiyanın Nijni Taqil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

Olaylar xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.

Bildirilir ki, 1971-ci ildə tikilən binanın bir hissəsi tamamilə dağılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İlkin məlumata görə, hadisəyə qaz balonunun partlaması səbəb olub.

Dağıntılar altından 3 nəfər xilas edilib. Hadisə yerinə havadan xilasetmə qrupu göndərilib.

Fövqəladə vəziyyət elan edilən Nijni Taqildə partlayış nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü uşaqdır. Yaralı şəxslərin sayı 7-yə çatıb, onlardan 5-i azyaşlıdır. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31