Türkiyədə zəlzələ olub
1 Avqust 2024 12:00 DünyaTürkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.
Olaylar xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 05:52-də (Bakı vaxtı ilə 06:52) ölkənin Malatya şəhərinin Yeşilyurt rayonunda 4.4 maqnitudalı zəlzələ olub.
Yeraltı təkanların ocağı 10.83 km dərinlikdə yerləşib.
Dağıntı və itkilər barədə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31