İsrail rəsmilərinin təhlükəsizliyi xüsusi nəzarət altına götürülüb

İsrailin Baş Təhlükəsizlik Xidməti (ŞABAK) Baş nazir Benyamin Netanyahu və onun hökumət nümayəndələrinə yalnız möhkəmləndirilmiş sığınacağa birbaşa çıxışı olan məkanlarda qalmağı tövsiyə edib.

Olaylar xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" televiziyası məlumat yayıb.

Həmçinin, hökumət üzvlərinə ŞABAK rəhbəri Ronen Barın şəxsi icazəsi olmadan döyüş xəttinə yaxın açıq ərazilərdən keçmək də qadağan edilib.

Bundan əlavə, İsrailin xaricdəki diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirləri gücləndirilib, diplomatlara kütləvi tədbirlərə getməmək tövsiyə edilib.c

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31