İranda Haniyə üçün cənazə mərasimi keçirilir, Dohada dəfn ediləcək

Dünən İranda qətlə yetirilən HAMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə üçün Tehranda cənazə mərasimi keçirilir.

Olaylar bildirir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

HAMAS lideri üçün cənazə namazını İranın Ali Rəhbəri Seyid Əli Xamenei qıldıracaq.

Mərasimdən sonra Haniyənin cənazəsi Dohada dəfn edilmək üçün Qətərə göndəriləcək. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31