HƏMAS Siyasi Bürosunun öldürülməsi İran, Fələstin-Tehran arasında əlaqələri gücləndirir - ÖZƏL
31 İyul 2024 15:36 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Tehranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı Fələstin xalqına başsağlığı verib.
İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
"İsmail Haniyyənin Tehranda şəhid olması İran İslam Respublikası ilə Fələstin və müqavimət qüvvələr arasında dərin və qırılmaz bağları gücləndirəcək".
İranlı diplomatın sözlərinə görə, İslam Respublikasının "müvafiq qurumları" insidentlə bağlı araşdırmaları davam etdirir.
Çərşənbə günü səhər İslam İnqilabı Keşikçiləri Korpusu Haniyənin öldürüldüyünü bildirib. Fələstinin HƏMAS radikal hərəkatı bildirib ki, onun Siyasi Büro rəhbəri İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etdikdən sonra onun Tehrandakı iqamətgahına İsrail tərəfindən basqın zamanı öldürülüb.