Borrell: Aİ bütün səsləri saymadan…- ÖZƏL

Bütün səslər hesablanmayana və qeydlər təqdim olunmayana qədər Avropa İttifaqı Venesueladakı seçkilərin nəticələrini tanıya bilməz. 

Olaylar.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

O qeyd edib ki, seçki komissiyası bülletenlərin 80%-nin hesablanması əsasında səsvermənin nəticələrini elan edib, Venesuela müxalifəti isə tamamilə fərqli nəticələr dərc edib.

"Bu, nəticələr tam və müstəqil şəkildə yoxlanılmayana qədər onları tanımamaq üçün başqa bir səbəbdir", - deyə diplomat bildirib. 

"Prezident seçkilərinin tam nəticələri dərc edildikdən sonra Aİ-yə üzv olan 27 ölkə mümkün gələcək addımlar barədə qərar verəcək",-deyə Borrell yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31